Ərdoğan sentyabrda Putinlə görüşməyi planlaşdırdığını deyir

Ərdoğan sentyabrda Putinlə görüşməyi planlaşdırdığını deyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrda Rusiya lideri Vladimir Putinlə görüşməyi gözləyir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin “Milliyet” qəzeti yazır.

“Sentyabrda Hindistanda G20-nin və ABŞ-da BMT Baş Assambleyasının iclası var. Bu gərgin şəraitdə fürsət tapsaq, Putinlə üz-üzə görüşüb danışacağıq”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğan və Putin taxıl müqaviləsini müzakirə etməlidir.

Ərdoğan, Putinin sazişə münasibətini “pozitiv”ə dəyişmək niyyətindədir.

Bunu deyən türkiyəli Prezident, Türkiyə xarici işlər naziri tezliklə Rusiyaya gedə biləcəyini də istisna etməyib: “çünki işin tam ştatlı olması çox vacibdir”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə