“Ukrayna ordusu Moskvanı dronlarla təhdid edilər” - POLİTOLOQ DANIŞDI
“Rusiya-Ukrayna müharibəsi artıq 1 il 7 aydır ki, davam edir və müharibə getdikcə daha da kəskinləşir. Hazırda Ukrayna ordusu əks hücuma keçib və hücum daha çox Krım yarımadasına yönəlib”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, son dövrlər Ukrayna ordusu Moskvanı dronlarla təhdid edirlər: “Dünən Moskvanın ən böyük hava limanları dron hücumlarına məruz qaldığından bağlandı. Bunlar müharibənin daha da kəskinləşdiyini göstərir.
Ukrayna silahlı qüvvələrinin məlumatına görə artıq Rusiyanın 257 800 nəfər əsgər və zabiti həlak olub. Ukrayna tərəfinin də çox sayda itkiləri var. Böyük Britaniya saytlarının yazdığına görə, Ukraynanın verdiyi can itki 147 mindir, mülki əhalidən də ölənlər var.
Müharibə getdikcə kəskinləşir və heç bir tərəf hələki sülh istəmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB