"Adobe" şirkətinin təsisçisi vəfat etdi

"Adobe" şirkətinin təsisçisi vəfat etdi

"Adobe" şirkətinin təsisçisi və "Photoshop"u yaradan Con Uornok 82 yaşında vəfat edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun ölüm səbəbi hələ açıqlanmayıb.

Bildirək ki, Con Uornok Çarlis Gesçke ilə birlikdə 1982-ci ildə Adobe şirkətini təsis edib. O, 2000-ci ilə qədər şirkətin baş direktoru vəzifəsində çalışıb və 2017-ci ilə qədər İdarə Heyətinin sədri olub. O vaxtdan ölümünə qədər İdarə Heyətinin üzvü vəzifəsində işləyib. Uornok bir çox mükafat və fəxri adlara layiq görülüb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə