Avtobusun yanması nəticəsində 20 nəfər yanaraq ölüb

Avtobusun yanması nəticəsində 20 nəfər yanaraq ölüb

Dünən Pakistanın Pəncab əyalətinin Hafizabad vilayətində Kəraçi ilə İslamabad arasında hərəkət edən sərnişin avtobusu yanacaq çəlləkləri daşıyan pikap maşınına çırpılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, toqquşmadan sonra alovun avtobusu bürüməsi nəticəsində 20 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb. Yaralıların sağlamlıq əməkdaşları tərəfindən xəstəxanaya aparıldığı, 3 nəfərin vəziyyətinin ağır olduğu öyrənilib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə