Yanğınsöndürənlər İspaniyanın Tenerife adasında baş verən yanğınları hələ ki, nəzarətə götürə bilməyiblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Kanar adalarının prezidenti Fernando Klavixo deyib.
Onun sözlərinə görə, araşdırmalar göstərib ki, yanğınlar şüurlu yandırma nəticəsində başlayıb.
…Biz əvvəldən bunun şüurlu yandırma olduğundan şübhələnirdik. Sonradan Mülki Qvardiyanın təhqiqatı da bunu təsdiqlədi.
Qeyd edək ki, bunu “El Pais” qəzetinə danışan Klavixo, Tenerifedəki hazırkı meşə yanğınını 40 ilin ən ciddi yanğını adlandırıb.
Kanar adaları hökumətinin məlumatına görə, bu günə qədər yanğın Tenerifenin 11 bələdiyyəsində təxminən 13 min hektar ərazini əhatə edib. Yanğınların söndürülməsində 379 yanğınsöndürən cəlb edilib.
Qeyd edək ki, bundan əvvəl İspaniyanın Tenerife adasından yanğınlar səbəbindən 26 mindən çox insanın təxliyə edildiyi bildirilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB