“Tiktok”, teleqram və “1XBET” bu ölkədə qadağan edilib

“Tiktok”, teleqram və “1XBET” bu ölkədə qadağan edilib

Somalinin Rabitə və Texnologiya Nazirliyi yeni qərarları açıqlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, həmin Nazirliyin təşkilatçılığı ilə keçirilən “Rabitə, İnternet və Sosial Media Təhlükəsizliyi Konfransı”ndan sonra açıqlana qərara görə, ölkədə “Tiktok”, teleqram və “1XBET” qadağan edilib.

“Tiktok”, teleqram və “1XBET” platformalarının somalili gənclərin həyatına mənfi təsir göstərdiyi və hətta ölümlərə səbəb olduğu bildirilib.

Qeyd edilib ki, platformalar insanların həyat tərzinə təsir edir və pis davranışların artmasına səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə