Bayden Mərkəzi Asiya ölkələrinin başçılarının iştirakı ilə sammit keçirməyi planlaşdırır
Əhmədin anası ölməyib a…

Bu arada ABŞ prezidenti Cozef Bayden Mərkəzi Asiya liderlərini sentyabrın ikinci yarısında ABŞ-da keçiriləcək ilk sammitdə iştirak etməyə dəvət edib.

“Forbes” jurnalının dərc etdiyi məktubda, BMT Baş Assambleyası çərçivəsində Mərkəzi Asiya ölkələri və ABŞ başçılarının görüşünün (CA5+1) planlaşdırıldığı deyilir.

“Ümid edirəm ki, sentyabrın 19 və ya 20-də siz mənimlə və digər liderlərlə C5+1 formatında rəsmi görüşdə iştirak edə biləcəksiniz.

Bunu Bayden məktubunda bildirib və “ümumi təhlükəsizlik, iqtisadi və ekoloji məqsədlərin birlikdə necə irəliləməyin” görüşün əsas mövzusu olacağını əlavə edib.

Xatırladaq ki, C5+1 2015-ci ildə C5+1 olaraq yaradılıb. Və o vaxtdan ekspert görüşləri və tematik işçi qrupları vasitəsilə ABŞ-Mərkəzi Asiya nazirlər səviyyəsində dialoq eləcə də əməkdaşlığı genişləndirib.

Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti 27 fevral 2023-cü il tarixli bəyanatında C5+1-i “müstəqil, firavan və təhlükəsiz Mərkəzi Asiyaya nail olmaq üçün regionda və ABŞ ilə Mərkəzi Asiya arasında “əməkdaşlığı gücləndirən” sammit kimi xarakterizə edib.

Onu da bildirək ki, Astanada regionun 5 ölkəsinin xarici işlər nazirlərinin iştirak etdiyi son C5+1 nazirlər görüşündə ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun region ölkələrinə 25 milyon dollarlıq yeni yardım paketi təqdim edəcəyini açıqlayıb.

Maraqlıdır, görən, bütün bunlara Rusiya hansı reaksiyanı göstərəcək. Axı,.. Əhmədin anası ölməyib a…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə