Niderland Ukraynaya 42 ədəd “F-16” təyyarəsi verəcək

Niderland Ukraynaya 42 ədəd “F-16” təyyarəsi verəcək

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Niderlanda səfər edib. Zelenski Baş nazir Rütte ilə görüşündə “F-16” təyyarəsinin verilməsi ilə bağlı razılıq əldə edib. SİA xəbər verir ki, bu barədə Zelenski sosial media hesabında paylaşım edib.

O bildirib ki, Niderland Ukraynaya 42 ədəd “F-16” təyyarəsi verəcək.

Sözügedən tarixi görüşün videosunu təqdim edirik:

Qeyd edək ki, Danimarka da Ukraynaya 19 ədəd “F-16” döyüş təyyarələri verəcək. Bu barədə ölkənin Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə