Avtobus qəzaya uğradı - 7 nəfər öldü, 36 nəfər yaralandı

Avtobus qəzaya uğradı - 7 nəfər öldü, 36 nəfər yaralandı

Braziliyanın “Korintians” futbol klubunun azarkeşlərini aparan avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 36 nəfər yaralanıb. SİA xəbər verir ki, qəza Brumadinyo şəhəri yaxınlığındakı yolun dağlıq hissəsində, San-Paulu klubunun azarkeşləri komandalarının "Kruzeyro" ilə səfər oyunundan qayıdarkən baş verib.

İlkin məlumata görə, qəzanın səbəbi avtobusun əyləcinin sıradan çıxması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə