Türkiyədə 125 qeyri-qanuni miqrant xilas edilib, onlardan 47-si İzmirin Dikili, Menderes, Çeşme və Foça rayonları sahillərində yaxalanıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Sahil Mühafizə Komandanlığının internet saytında yer alan məlumata görə, Dikili və Menderes rayonları sahillərində rezin qayıqlarda qeyri-qanuni mühacirlərin olduğu xəbərini alan kimi bölgəyə qayıqlar göndərilib.
Sahil Mühafizə Komandanlığı ekipajları Yunanıstan tərəfinin Türkiyə ərazi sularına geri itələdiyi qayıqlarda 125 qeyri-qanuni miqrant xilas edib.
Çeşmə və Foça rayonları sahillərində rezin qayıqlarda olan daha bir qrup nizamsız miqrant da müəyyənləşib və Sahil Mühafizəsi Komandanlığı tərəfindən dayandırılan qayıqlarda olan 47 nizamsız miqrant yaxalanıb.
Qeyri-qanuni miqrantlar İzmir Miqrasiya İdarəsinə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB