Kiyevdə DİN-in binasında baş verən partlayışda 4 əməkdaş həlak olub

Kiyevdə DİN-in binasında baş verən partlayışda 4 əməkdaş həlak olub

Kiyev yaxınlığında Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Araşdırma Məhkəmə Ekspertizası Mərkəzində baş vermiş partlayış nəticəsində 4 nəfər həlak olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin polisinin nümayəndəsi İrina Pryanişnikova bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində həlak olanlar mərkəzin əməkdaşlarıdır.

Qeyd edək ki, avqustun 19-da səhər saatlarında Kiyev vilayətinin Buça rayonunun Petropavlovskaya Borşaqovka kəndində partlayış baş verib. Daha sonra yanğının Daxili İşlər Nazirliyinin Dövlət Araşdırma Məhkəmə Ekspertizası Mərkəzinin anbarında baş verdiyi məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə