Danimarka və Niderland F-16 qırıcılarını Ukraynaya təhvil verəcək

Danimarka və Niderland F-16 qırıcılarını Ukraynaya təhvil verəcək

Ukrayna pilotların və mühəndislərin təlimindən sonra 42 ədəd F-16 döyüş təyyarəsi alacaq. Bu barədə Ukrayna prezidenti Niderlandın baş naziri Mark Rutte ilə görüşdən sonra məlumat verib.

“Bu gün biz Ukraynanın hava qalxanının gücləndirilməsi istiqamətində daha bir addım atırıq. F-16. Rus terrorçularını Ukraynanın şəhər və kəndlərindən uzaqlaşdırmaq üçün istifadə etdiyimiz təyyarələr”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Vladimir Zelenski teleqramında yazıb.

Rutte mətbuat konfransında Hollandiya və Danimarkanın F-16-ları çatdırılma şərtləri yerinə yetirildikdən sonra Kiyevə təhvil verəcəyini bildirib. Ukraynanın dəqiq nə vaxt qırıcıları qəbul edəcəyi və pilotların hazırlığının nə vaxt başa çatacağı isə Rutte tərəfindən dəqiqləşdirilməyib.

Qeyd edək ki, avqust ayında Vaşinqton ukraynalı pilotlara F-16 döyüş təyyarələrində təlim keçməyə icazə verib. Onu da qeyd edək ki, Danimarka və Hollandiya bu təlimlərdə aparıcı rol oynayır.

Yeri gəlmişkən, Ukrayna hərbçilərinin təliminə dəstək verən 11 dövlətdən heç biri hələlik bu proqram üçün təyyarə ayırmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə