Almaniyalı nazirdən təklif…

Almaniyanın maliyyə naziri Kristian Lindner Bundestaq deputatlarını Ukraynaya hərbi yardım üçün ildə 5 milyard dollar ayırmağa dəvət edib.

SİA bu barədə TASS-a istinad edir.

Almaniya hökumətinin “Açıq qapı” günləri çərçivəsində ölkə vətəndaşları ilə görüşdə nazir Almaniyanın artıq Ukraynaya 22 milyard avro məbləğində yardım etdiyini vurğulayıb.

Bu məbləğə həm hərbi, həm də humanitar yardımlar, o cümlədən qaçqınların qəbulu, yerləşdirilməsi və onlara qulluq göstərilməsi daxildir.

“Gələcək illər üçün mən Bundestaqdakı büdcə qanunvericilərinə plana hərbi dəstək olaraq hər il 5 milyard avro məbləğində töhfə verməyi təklif etmişəm”.

Almaniyanın maliyyə naziri bildirib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə