Zelenski kralla görüşdü

İsveç kralı XVI Karl Qustav və Kraliça Silvia Stokholmda Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskini qəbul edib. SİA xəbər verir ki, bu barədə Ukrayna lideri öz Teleqram kanalında məlumat yayıb.

“Biz İsveçin bütün mümkün sahələrdə güclü köməyini yüksək qiymətləndiririk. Bu, ukraynalıların azadlıq və Avropanın gələcəyi uğrunda mübarizəsinə mühüm töhfədir”, - Zelenski bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə