Novqorod vilayətində pilotsuz təyyarə hərbi aerodroma hücum edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hərbçilər aerodroma yaxınlaşarkən kopter tipli pilotsuz təyyarəni görüblər, lakin onu vura bilməyiblər.
Nəticədə pilotsuz təyyarənin həmləsi nəticəsində avtomobil dayanacağında yanğın baş verib. Avtomobillərdən biri zədələnib. Ölən və yaralananlar olmayıb.
Şahidlər qeyd edirlər ki, pilotsuz uçan aparatla hücuma məruz qalan aerodrom Novqorod vilayətində - Soltsıda yerləşir. Orada 40-cı Kompozit Aviasiya Alayı və Tu-22M strateji bombardmançılar var.
Müdafiə Nazirliyinin məlumatına görə, daha bir pilotsuz təyyarə Moskva vilayətində ələ keçirilib. Onun Krasnoqorsk yaxınlığındakı Putilkovo kəndi yaxınlığında elektron döyüş sistemləri tərəfindən sıxışdırıldıqdan sonra ələ keçirildiyi iddia edilir. Bu, təyyarə tipli bir cihaz olub.
Xatırladaq ki, 2022-ci ilin dekabrında ilk dəfəolaraq Ukrayna Rusiyanın Engels və Ryazan vilayətindəki strateji hava bazalarına hücum etmişdi.
Amma son zamanlar Ukrayna dronları Moskva da daxil olmaqla Rusiya ərazilərinə də hücum etməkdə davam edir. Yəni bu artıq adi hal alıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB