Vladimir Putin Valeri Gerasimovun mәruzәsini dinlәyib

Vladimir Putin Valeri Gerasimovun mәruzәsini dinlәyib

Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədi yaxınlığındakı Rostov-na-Donu şəhərindəki hərbi qərargahda olub və oradakı rus komandirlərin məruzəsini dinləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Vladimir Putin Rostov-na-Donu şəhərində Ukraynada “xüsusi hərbi əməliyyat”a cavabdeh olan hərbi qrupun hərbi qərargahına baş çəkib.

Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun, bölgə komandirlərinin və qrupun digər yüksək rütbəli zabitlərinin məruzələrini dinləyib.

Ukrayna sərhədindən təxminən 100 kilometr aralıda yerləşən Rostov-na-Donu şəhərində Rusiyanın Cənub Hərbi Dairəsinin ordusunun qərargahı yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə