Rusiya MN: ''Ukrayna Krına hücum edib''

Rusiya MN: ''Ukrayna Krına hücum edib''

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Krıma S-200 raketi ilə hücum etməyə cəhd etdiyini açıqlayıb.
Nazirliyin gecə saatlarında baş verən hücum cəhdi ilə bağlı verdiyi açıqlamada bu ifadələrə yer verilib: “Avqustun 19-na keçən gecə Kiyev rejimi S-200 hava hücumundan müdafiə sistemi ilə idarəolunan raketlə Krıma hücum etməyə cəhd göstərib''. SİA rus saytlarına istinadən xəbər verir ki,
Ukrayna raketinin vaxtında təsbit edildiyi və Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən havada qarşısının alındığı bildirilib.
Hücum nəticəsində dağıntı və təlafatın olmadığı qeyd olunub.
Xatırladaq ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə