Con Kirbi: ‘‘ABŞ Şimali Koreya ilә danışıqlara hazırdır’’

Con Kirbi: ‘‘ABŞ Şimali Koreya ilә danışıqlara hazırdır’’

Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Şimali Koreya ilə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Kyodo News-a müsahibə verən Con Kirbi Şimali Koreyanın Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı danışıqlara müsbət cavab vermədiyini, lakin təklifin hələ də qüvvədə olduğunu bildirib.

“Biz Şimali Koreya ilə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etməyə hazırıq'',-deyə Con Kirbi qeyd edib.

Şimali Koreyanın təklifə cavab verməməsinə münasibət bildirən Con Kirbi Kim Çen Inın görüşmək istəmədiyini ifadə edərək deyib: “Ölkəmiz ilə koreyalı və yaponiyalı müttəfiqlərimizin təhlükəsizliyini və maraqlarını müdafiə etmək üçün hazır olmalıyıq.

Con Kirbi daha əvvəl regional təhlükəsizliyi təmin etmək üçün fəaliyyətlər həyata keçirdiklərini və lazım gəldikdə bu fəaliyyətləri təkrarlaya biləcəklərini vurğulamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə