Baxmut istiqamətində “A” Əlahiddə Hərəkat Mərkəzinin taktiki qrupu və 30-cu ayrı-ayrı mexanikləşdirilmiş briqadanın “Vyalı komandası”nın hava kəşfiyyatçıları tərəfindən uğurlu əməliyyat həyata keçirilib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski verib.
Onun dediyinə görə, 6 saat ərzində 30-cu briqadanın xüsusi təyinatlılarının FPV pilotsuz təyyarələri düşmənin 5 texnikasını - iki D-20, bir D-30, Strela və KamAZ hava hücumundan müdafiə sistemlərini vurublar.
Ukraynalı komandan dediklərinin nə qədər real olduğunu sübut etmək üçün özünün yerləşdirdiyi videoya baxmağı məsləhət görür.
“Videoda hədəfə atılan zərbələrin nə qədər dəqiq olduğunu görə bilərsiniz”.
Sırski deyir bunu.
Qeyd edək ki, Ukraynanın “UNİAN” agentliyi daha əvvəl Baş Qərargahın məlumatına istinadən, gün ərzində cəbhədə 30 toqquşma baş verdiyi barədə xəbər yayımlamışdı.
Agentliyin yazdığına görə, rus ordusu Donetsk vilayətinin Urojaynoye bölgəsində itirilmiş mövqelərini bərpa etmək üçün uğursuz cəhdlər etməkdə davam ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB