Rusiya Moldova deputatlarının ölkəyə girişinə qadağa qoyub

Rusiya Moldova deputatlarının ölkəyə girişinə qadağa qoyub

Rusiya Moldova tərəfinin Rusiya səfirliyinin işçilərini ixtisar etmək tələbinə cavab olaraq, ölkənin hakim Fəaliyyət və Həmrəylik Partiyasının bir neçə deputatının ölkəyə girişinə qadağa qoyulması barədə Moldova səfiri Lilian Dariusu xəbərdar edib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə KİV Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Bu məlumatlara görə, 20 Moldova vətəndaşı Rusiyaya giriş qadağası alıb. Onların arasında Fəaliyyət və Həmrəylik Partiyasının 18 deputatı, həmçinin Müstəqil Mətbuat Assosiasiyasının rəhbəri Petr Makovey və Sərhəd Polisi rəhbərinin müavini Oleq Bukataru da var.

Qeyd edək ki, cümə günü səhər Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona cavab olaraq Rusiyanın bir sıra Moldova rəsmilərinin ölkəyə girişini bağlamaq qərarı barədə məlumat verilib. Departament qeyd edib ki, moldovalı diplomat “Rusiyanın Moldovadakı xarici nümayəndəliklərinin işçilərinin sayını köklü şəkildə azaltmaq barədə rəsmi Kişinyovun əsassız qərarı ilə əlaqədar etiraz edilib”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə