Tammiqyaslı münaqişənin başlanmasından bir il yarım ərzində Ukraynada müharibənin hər iki tərəfində həlak olan və yaralanan hərbçilərin ümumi sayı 500 minə yaxınlaşır.
SİA-nın əldə etdiyi məlumata görə, ABŞ administrasiyasının adı açıqlanmayan nümayəndələrinə istinadən belə bir qiymətləndirməni “The New York Times” verir.
Qeyd edək ki, burada söhbət döyüş meydanındakı itkilərdən gedir. Yəni rusların işğalı nəticəsində ölən və yaralanan mülki vətəndaşlar bu rəqəmə daxil deyil.
Müharibədə 120 minə qədər rusun öldüyü, təxminən 170-180 nəfərin yaralandığı iddia edilir.
Amerika nəşrinin yazdığına görə, Ukraynada isə 70 minə qədər ölü və 120-yə qədər yaralı ola bilər.
Onu da qeyd edək ki, söhbət təsdiqlənmiş məlumatlardan getmir və “New York Times” ABŞ-ın müxtəlif departamentlərində Rusiya və Ukraynanın müharibədə itkiləri ilə bağlı müxtəlif məlumatların olduğunu etiraf edir. Beləliklə, bu ilin əvvəlində şəbəkəyə sızan Pentaqonun sənədlərində Rusiyanın itkiləri 43 min, Ukraynalıların isə 17-mindən çox olduğu təxmin edilir.
Münaqişənin hər iki tərəfi itkilər barədə demək olar ki, heç bir məlumat vermir. Moskva sonuncu dəfə təxminən bir il əvvəl öldürülənlərin sayını rəsmi olaraq açıqlasa da, Kiyev bunu ümumiyyətlə etməyib və məlumatların müharibədən sonra açıqlanacağını bildirib. Eyni zamanda, hər iki tərəf düşmənin böyük itkilər verdiyini iddia edir.
Məsələn Ukrayna 250 mindən çox rus əsgərini öldürdüklərini iddia edir.
Rusiya rəsmiləri isə Ukraynanın yay hücumunda itkilərinin sayının guya Rusiyadan 8 dəfə çox olduğunu bildirir.
Təbii ki, daha çox itki verməsinə baxmayaraq, Rusiya ordusu müharibə zonasında Ukrayna ordusu üzərində sayca üstünlüyünü saxlayır.
Yeri gəlmişkən, bunu “New York Times” da gizlətmir. Unutmayaq ki, Rusiya əhalisinin sayı Ukraynadan üç dəfə çoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB