Yunanıstana keçməyə cəhd edən miqrantlar yaxalanıb

Yunanıstana keçməyə cəhd edən miqrantlar yaxalanıb

Yunanıstanın Midilli adasına keçməyə çalışan 18 qeyri-qanuni miqrant Türkiyenin Balıkəsir vilayətinin Ayvalık qəsəbəsi sahillərində yaxalanıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Ayvalık sahillərində bir qrup miqrantın dənizdə hərəkətdə olduğunu öyrənən Sahil Təhlükəsizlik Komandanlığı qrupları tərəfindən bölgəyə "TCSG-907" Sahil Mühafizə qayığı cəlb olunub.

Mühacirlərin içində olduğu rezin qayığı dayandıran qruplar 18 qeyri-qanuni miqrantı yaxalayıb.

Cunda adasındakı Sahil Mühafizəsi Regional Komandanlığına gətirilən və humanitar yardımla təmin olunan miqrantlar barəsində hüquqi proses davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə