…196 xarici dərman ruslar üçün əlçatmaz ola bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrinə göndərdiyi məktuba istinadən “Xolod” nəşri yazır.
Qeyd edək ki, məktubda artıq Rusiyada istehsal edilməyəcək və ya ölkəyə tədarük edilməyəcək dərmanların adları sadalanır.
Siyahıya bəzi antibiotiklər, HİV infeksiyasının müalicəsi üçün dərmanlar, xərçəng, epilepsiya, Parkinson xəstəliyi, ruhi xəstəliklər üçün lazım olacaq ləvazımatlar daxildir.
Bundan əlavə, Səhiyyə Nazirliyinin məktubunda Rusiya alıcıları arasında populyar olan ACC (öskürək), Panadol (ağrı kəsici və qızdırmasalıcı), No-shpa (spazm əleyhinə), Salbutamol (inhalyasiya vasitəsi) kimi reseptsiz dərmanlar da göstərilir.
Buraya həmçinin qızılca, difteriya, göy öskürək, məxmərək və digər infeksiyalara qarşı xaricdən gətirilən bəzi uşaq vaksinləri də daxildir.
Təbii ki, bunlar məlum. Qeyd edək ki, yaxşı və ya pis də olsa ruslar özləri də dərman istehsal edirlər.
Amma indi onları tanış olan dərmanların yoxa çıxması xaricdən qeyri-qanuni dərman idxalının artmasına və saxta məhsullar bazarının yaranmasına səbəb ola biləcək qorxudur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB