Amerika muzdluları Ukrayna Silahlı Qüvvələrinin itkilərindən şoka düşüblər
"Uğursuzluq əsgərləri"..?

…Onların hamısı Kiyevdəki xəstəxanadan müsahibələr veriblər.

ABŞ-dan olan muzdlular Ukrayna Silahlı Qüvvələrinin əks-hücum zamanı verdiyi böyük itkilərdən şoka düşüblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABC News xəbər verir.

Telekanalın jurnalistləri Ukrayna tərəfində vuruşan və hazırda Kiyevdə xəstəxanada müalicə alan bir neçə keçmiş amerikalı əsgərlə danışıblar.

Yenə də rusların yazdıqlarına inansaq, guya Texas sakini olan amerikalı muzdlulardan biri onun bölməsinin 85 faizinin məhv edildiyini deyib.

Alyaskadan olan muzdlu əsgər rusların çox güclü müqavimət göstərdiyini və bunun öhdəsindən gəlməyin çətin olacağını söyləyib.

Və başqa bir amerikalı muzdlu əsgər Ukraynanın hücumlarının qeyri-mütəşəkkil və səmərəsiz olduğunu etiraf edib.

Dediyinə görə, onun bölməsi guya bir gündə üç “Leopard” tankını itirib.

Digər Qərb avadanlıqları ukraynalı yaraqlıların onunla necə davranacağını öyrənmədiyi üçün cəbhə xəttinə göndərilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə