ABŞ ukraynalılar üçün “müvəqqəti qorunan şəxs” statusunu 1,5 il uzadıb

ABŞ ukraynalılar üçün “müvəqqəti qorunan şəxs” statusunu 1,5 il uzadıb

ABŞ Ukrayna vətəndaşları üçün “müvəqqəti qorunan şəxslər” statusunu 1,5 il müddətinə uzatmaq qərarına gəlib ki, bu da xüsusi immiqrasiya qaydalarını nəzərdə tutur.

SİA xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi sənədlər toplusunda - Federal Reyestrdə dərc olunan Daxili Təhlükəsizlik Departamentinin bildirişində deyilir.

Daxili Təhlükəsizlik Departamenti elan edir ki, Daxili Təhlükəsizlik naziri Alejandro Mayorkas Ukrayna vətəndaşları üçün “müvəqqəti qorunan şəxslər” statusunu 18 ay müddətinə, 20 oktyabr 2023-cü ildən 2025-ci il aprelin 19-dək uzadıb.

Sənəddə belə deyilir.

Xatırladaq ki, müvafiq status ukraynalılara 2022-ci il aprelin ortalarında verilib. Bu status müəyyən bir ölkənin vətəndaşlarına ABŞ-da iş icazəsi və müvəqqəti yaşamaq icazəsinin verilməsini nəzərdə tutur.

Bununla belə, gələcəkdə yaşıl kart əldə etməyi, yəni daimi yaşamaq hüququnu nəzərdə tutmur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə