Almaniyada daşqınlar həyatı iflic edib

Almaniyada daşqınlar həyatı iflic edib

Almaniyanın cənubundakı Bavariya əyalətində yağan leysan yağışları daşqınlara səbəb olub.

Mittelfranken Polis İdarəsindən verilən açıqlamaya görə, Nürnberq şəhəri və ətrafında yağan leysan yağışları və külək nəticəsində ağaclar aşıb, damlardakı kirəmitlər düşüb. Damlardaki kirəmitlərin düşməsi nəticəsində bəzi yerlərə ziyan dəydiyi bildirilib.
SİA-nın əldə etdiyi məlumata görə, çox sayda küçə və yeraltı keçidləri, zirzəmiləri və yeraltı qarajları su basıb. Maşınlar yeraltı keçidlərdə qapalı qalıb, bir çox avtomobil yollarda qalıb.
Nürnberqin bir çox bölgəsində elektrik enerjisi kəsilib və A73 avtomobil yolu nəqliyyatın hərəkəti üçün qismən bağlanıb.
Almaniyanın dəmir yolları şirkəti Deutsche Bahn əlverişsiz hava şəraitlərinə görə Ulm və Günzburq şəhərlərində qatarların dayanmadığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə