Aleksey Medvedev Moskva vilayətində ölü tapılıb

Aleksey Medvedev Moskva vilayətində ölü tapılıb

Kino tənqidçisi və bir sıra kinofestivalların kuratoru, təxminən bir ay əvvəl yoxa çıxan Aleksey Medvedev ölü tapılıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə avqustun 18-də “Lisa Alert” axtarış qrupu məlumat verib.

“Kommersant” meyitin Moskva vilayətində tapıldığını bildirib. Qeyd edək ki, Medvedev Moskva yaxınlığındakı Mıtişidə yaşayırdı, onu sonuncu dəfə iyulun 21-də sağ görüblər. O, evdən çıxıb və geri qayıtmayıb.

Ölümün səbəbi hələlik açıqlanmayıb. \Qohumları Aleksey Medvedevin yoxa çıxması barədə avqustun 5-də məlumat veriblər. Axtarış könüllülər və polis tərəfindən aparılıb.

Yeri gəlmişkən, Medvedevin 53 yaşı var idi. VGİK-də təhsil alıb, jurnalist kimi fəaliyyət göstərib, xarici filmləri rus dilinə tərcümə edib, 2000-ci illərin əvvəllərindən kinofestivallar təşkil edir. O, müxtəlif vaxtlarda, xüsusən də Sankt-Peterburqda keçirilən "İnsana mesaj" festivalının proqram direktoru, Moskva Beynəlxalq Film Festivalı ilə əməkdaşlıq edən Saxalin şəhərində "Dünyanın qırağı. Şərq" festivalının təşkilatçısı olub. Kann Beynəlxalq Film Festivalında rus kinosu proqramının kuratoru, müxtəlif ölkələrdə keçirilən festivalların münsiflər heyətinin üzvü olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə