Moskva Polşadakı ukraynalı qaçqınları təxribatçı kimi cəlb edir..?

Moskva Polşadakı ukraynalı qaçqınları təxribatçı kimi cəlb edir..?

Rusiya xüsusi xidmət orqanları internet vasitəsilə Polşadakı ukraynalı qaçqınlar arasından tərəfdarlar toplayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu qənaətə “The Washington Post” qəzetinin müstəntiqləri gəliblər. Onların sözlərinə görə, işə götürülən qaçqınlar vərəqələr asmaqdan tutmuş dəmir yolunda təxribat törətməyə qədər tapşırıqlar alıblar.

Jurnalistlərin fikrincə, işə götürülənlərin vəzifələrinə rusiyayönlü təşviqat, Polşa limanlarında kəşfiyyat, dəmir yollarında təhlükəsizlik kameralarının quraşdırılması və s. daxildir.

Bu ilin martında “The Washington Post”un Polşa kəşfiyyat orqanlarına istinadən verdiyi məlumata görə, yeni çağırışçılar Ukraynaya hərbi texnikanın çatdırılmasının qarşısını almaq üçün Polşa dəmir yolunu təxribat etmək əmri alıblar.

Maraqlıdır ki, Polşa xüsusi xidmət orqanları Rusiya Baş Kəşfiyyat İdarəsini “sifarişçi” hesab edir.

Onlar bu əməliyyatı Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından bəri NATO ölkəsi üçün ən ciddi təhlükə adlandırırlar.

“The Washington Post”un məlumatına görə, onun şərq bölgələrindən gələn və ölkədə qaçqın statusunda yaşayan 12 Ukrayna, üç Belarus və bir Rusiya vətəndaşı hazırda Polşada təxribat eləcə də casusluqda şübhəli bilinərək həbs ediliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə