Duqin tacik miqrantlara pravoslavlığı qəbul etməyi məsləhət görüb
Bu arada Kreml yönümlü politoloq, prezident Putinin “mənəvi müəllimi” hesab edilən Aleksandr Duqin tacik miqrantlara “rus dilini öyrənməyi” və “pravoslavlığı qəbul etməyi” tövsiyə edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Tacikistan hakimiyyətinin bu bəyanata reaksiyası hələ ki, gəlməyib.
Beləliklə, “rus dünyasının” sağçı radikal filosofu və ideoloqu” hesab edilən Aleksandr Duqin öz təklifini avqustun 16-da Telegram kanalında bildirib.
Tacikləri, gözəl qədim İran xalqı (…qeyd edək ki, taciklər də farsdilli xalqdır-A.B.) üçün bir ssenari kimi təqdim edən Duqin, bu gün guya hamının rus dilini öyrəndiyini deyir. Buna görə də, o, müqəddəs pravoslavlığı qəbul etməyi, doğulan uşaqları isə xaç suyuna salmağı məsləhət görür.
Yeri gəlmişkən, bu ilin may ayından Rusiya hüquq-mühafizə orqanları yüzlərlə əməkçi miqrantı saxlayaraq döyüb, onların bir çoxu sonradan ölkədən deportasiya ediblər.
Bəzi ekspertlər mühacir əleyhinə polis reydlərini, taciklərin kütləvi saxlanmasını və deportasiyasını Kremlin dəfələrlə eyham vurmasına baxmayaraq, Avrasiya İqtisadi İttifaqına qoşulmağa tələsməyən Tacikistana bir növ təzyiq kimi qiymətləndirirlər.
Digərləri tacik miqrantlarına qarşı reydləri Ukraynadakı müharibə, səfərbərlik və Rusiya hakimiyyətinin əmək miqrantlarını da döyüşməyə məcbur etmək istəyi ilə əlaqələndirirlər.
Amma maraqlıdır ki, Tacikistan hakimiyyəti belə düşünmür.
Qeyd edək ki, bunu Tacikistan Xarici İşlər Nazirliyinin rəhbəri Sirociddin Muhriddin avqustun 15-də keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, guya Rusiya hakimiyyətinin hərəkətlərinin legitimliyi “şübhəsizdir”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB