Danimarka F-16-ların Ukraynaya tədarükünü təsdiqləyib

Danimarka F-16-ların Ukraynaya tədarükünü təsdiqləyib

Danimarka Hollandiya ilə birgə keçirdiyi ukraynalı pilotların təlimini başa vurduqdan sonra ABŞ-dan F-16 döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsi üçün icazə alıb. "Səs" qəzeti xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib.

Bundan əvvəl ABŞ-ın Danimarka və Hollandiyadan Ukraynaya F-16 qırıcılarının təhvil verilməsini təsdiqləməsi barədə Reuters agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadən xəbər vermişdi. Həmsöhbətin sözlərinə görə, dövlət katibi Entoni Blinken Danimarka və Hollandiyadan olan həmkarlarına məktublar göndərərək, xahişin təsdiqləndiyinə inandırıb.

“Təsdiq edə bilərəm ki, müdafiə naziri və mən ABŞ-dakı həmkarlarımıza seçimlərimiz haqqında yazmışıq. Beləliklə, biz ABŞ Dövlət Katibi Entoni Blinkendən dostluq məktubu aldıq ki, bu məktub bizə fəaliyyət üçün müəyyən variantlar verir”, - deyə cənab Rasmussen Danimarka Radiosuna (DR) bildirib.

Jurnalistlərin bu, Danimarkanın yaxın vaxtlarda Ukraynaya F-16-lar tədarük edəcəyi anlamına gəlirmi sualına nazir belə cavab verib: “Bu o deməkdir ki, artıq bunu etmək üçün heç bir maneə yoxdur. Və müttəfiqlərimizlə birlikdə biz indi növbəti addımın nə ola biləcəyini anlayırıq”.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Ukrayna ordusuna hava hücumundan müdafiə elementinə çevrilə bilən və eyni zamanda yerüstü hədəflərə zərbə endirən təyyarələr lazımdır. Ən prioritet variant kimi o, Amerikanın F-16 qırıcısını görüb. ABŞ F-16 döyüş təyyarələri istehsal etdiyinə görə, bu təyyarələrin digər ölkələrə ixracı üçün Vaşinqtonun icazəsi tələb olunur.

İyulun sonunda ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynanın bir neçə aydan sonra Amerikanın F-16 qırıcılarını alacağını bildirib. Ağ Ev, çatdırılmanın ilin sonuna qədər planlaşdırıldığını iddia edib.

Müəllif: Vəli Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə