ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürməyə hazır olan Respublikaçıların bütün potensial namizədlərini böyük fərqlə qabaqlayır. "Səs" qəzeti bunu "FiveThirtyEight" saytına istinadən xəbər verir.
Donald Trampın qarşıdan gələn prezident seçkilərində namizədliyini Respublikaçılar Partiyası üzvlərinin 53,8% səslərini toplayıb. Digər namizədlər, Florida ştatının qubernatoru Ron DeSantis - 15%, amerikalı iş adamı Vivek Ramasvami - 7,4%, ABŞ-ın keçmiş vitse-prezidenti Maykl Pens - 5,5%, Cənubi Karolina qubernatoru Nikki Helley - 3,7% keçmiş prezidenlə yarışda hələlik uduzurlar.
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərin ilk debatı avqustun 23-də keçiriləcək. Donald Tramp bildirib ki, o, respublikaçılar arasında prezidentliyə namizədlərin debatında iştirak etməkdə heç bir məna görmür, çünki o, partiya yoldaşlarını xeyli qabaqlayır.
Demokratlar arasında hazırkı prezident Co Bayden mütləq liderlik edir. Bu partiyanın tərəfdarlarının 64,9 faizi onu dəstəkləməyə hazırdır. Onun əsas rəqibi kiçik Robert Kennedi 14,3% bəyənmə reytinqinə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB