Hər sətri ürək bulandıran hadisə - ATADAN QIZINA CİNSİ İSTİSMAR

Hər sətri ürək bulandıran hadisə - ATADAN QIZINA CİNSİ İSTİSMAR

Ankarada 15 yaşından 19 yaşına kimi 49 yaşlı atası B.D. tərəfindən cinsi istismara məruz qalan və bir qız övladı dünyaya gətirən 23 yaşlı M.D.-nin şikayəti əsasında atasına qarşı iddia açılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, azyaşlı qız körpəsini övladlığa verib.

Qızına cinsi zorakılıq edən ata üçün 45,5 ilə qədər həbs istənilib.

Ankarada yaşayan santexnik işləyən B.D.-nin 2015-ci ildə 15 yaşlı qızı M.D.-yə keçmiş sevgilisinə oxşadığını və ona aşiq olduğunu deyərək cinsi istismara məruz qoyduğu iddia edilib. B.D daha sonra qızını hədələyərək “Bu hadisəni anana desən, səni və qardaşını öldürəcəm” deyib.

Hadisədən sonra hamilə qalan M.D., kökəlib və anasına vəziyyəti hiss etdiyi üçün sevgilisindən hamilə qaldığını bildirib. Daha sonra M.D. ailəsi ilə özəl klinikaya gedib və körpəni abort etdirib. Lakin M.D. yenidən 2016-cı ildə atasının cinsi istismarı səbəbindən hamilə qalıb. Qız uşağı dünyaya gətirən M.D doğuşdan dərhal sonra körpəsini övladlığa verib. 4 il cinsi istismara məruz qalan M.D. 2019-cu ildəki vəziyyəti anasına danışaraq atasından şikayət edib. Bunun üzərinə nəzarətə alınan B.D. məhkəmə tərəfindən həbs edilib.

Ataya “uşağa uyğun cinsi zorakılıq” maddəsi ilə 42 il, “təhdid” maddəsi ilə 3,5 ilədək, ümumilikdə 45,5 ilə qədər həbs cəzası tələb edən ittihamnamə hazırlanıb. İddianaməni Ankara 11-ci Ağır Cəza Məhkəməsi qəbul edib.

Məhkəmə zamanı 2016-cı ildə doğulan qızın B.D.-dən olub-olmadığını müəyyən etmək üçün DNT hesabatı istənilib, lakin övladlığa götürülən uşaqla əlaqə saxlamaq mümkün olmayıb.

Həbs edilən B.D. təxminən bir ildən sonra məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb. 2023-cü ildə övladlığa götürülən uşağı tapdıqdan sonra məhkəmə tərəfindən DNT analizi tələb olundu. Ankara Ədli Tibb Qrup Başçılığının hazırladığı hesabata görə, 2016-cı ildə doğulan qızın və təqsirləndirilən ata B.D.-nin DNT profillərinin uyğun olduğu və onun 99,99 faiz ehtimalla bioloji ata ola biləcəyi müəyyən edilib. Hesabat iş materiallarına daxil olarkən, iclasın 26 sentyabr 2023-cü il tarixində keçiriləcəyi bildirilib".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə