ABŞ “F-16”ların Ukraynaya təhvil verilməsini təsdiqləyib

ABŞ “F-16”ların Ukraynaya təhvil verilməsini təsdiqləyib

ABŞ Danimarka və Niderlandın “F-16” qırıcılarının Ukraynaya təhvil verilməsinə razılıq verib. SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, “F-16”ları idarə etmək üçün ukraynalı pilotların təlimi başa çatdıqdan sonra ölkələr Kiyevə döyüş təyyarələri göndərəcək. ABŞ-ın Dövlət katibi Antoni Blinken artıq Danimarka və Niderlanddakı həmkarlarına məktublar göndərərək Vaşinqtonun bu addımı dəstəklədiyinə zəmanət verib.

Bütün xəbərlər Facebook səhifəmizdə