Kanadada kütləvi təxliyəyə başlanılıb

Kanadada kütləvi təxliyəyə başlanılıb

Meşə yanğınları Kanadanın şimal-qərb bölgəsini öz cənginə alıb. SİA xəbər verir ki, meşə yanğınları əhalisi 20 minə yaxın olan Yellounayf şəhərinə doğru yaxınlaşır.

Yerli hökumət orqanları artıq təxliyə ilə əlaqədar sakinlərə müraciət ünvanlayıb və əhalinin kütləvi təxliyəsi prosesinə başlanılıb.

Həmçinin, yanğınlarla əlaqədar ölkənin şimal-qərb bölgəsinə aparan magistral yollar bağlanıb.

Təxliyəyə hərbi aviasiya da cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə