Doqquz yaşlı uşaqlar ordunu gözdən salmaq iddiasında dindirilirlər

Doqquz yaşlı uşaqlar ordunu gözdən salmaq iddiasında dindirilirlər

Federal Təhlükəsizlik Xidməti iki azyaşlı uşağı, doqquz yaşlı qız və bir oğlanı Rusiya ordusunun dəfələrlə nüfuzdan salması ilə bağlı onların anası, Arxangelsk vilayətindən olan vəkil Lidiya Prudovskayaya qarşı açılmış cinayət işində dindirib.

SİA-nın “Xolod” nəşrindən əldə etdiyi məlumata görə, Prudovskayanın uşaqları şahid qismində rəsmən dindirilib. Onlar müəllim-psixoloqun və qəyyumluq orqanlarının nümayəndəsinin iştirakı ilə bir-birindən ayrıca dindirilib.

Qeyd edək ki, cinayət işi Prudovskayanın “Vkontakte” sosial şəbəkəsində Rusiyanın Ukraynaya təcavüzündən bəhs edən yazılarına görə başlanıb.

Belə ki, yazılardan biri müğənni Zemfiranın Londonda konserti zamanı çıxışının stenoqramıdır. Xatırladaq ki, müğənni orada “Rusiyanın Ukraynanı və özünü məhv etdiyini” deyib və müharibəni tamamilə mənasız və qəddar adlandırıb.

Maraqlıdır ki, iş materiallarında ekspert filoloq Natalya Xoxlova bu çıxışı “qəddar və ürəksiz”, eləcə də “ağıllı əsaslardan məhrum” adlandırır.

Yeri gəlmişkən, hazırda Lidiya Prudovskayanı 5 ilə qədər həbs gözləyir. Amma…Rusiya qanunvericiliyində 14 yaşına çatmamış uşaqların olması cəzanı yüngülləşdirən hal və cəzanın gecikdirilməsi üçün səbəb kimi qəbul edilir.

A. Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə