Rusiya prezidenti Vladimir Putin Moskvadan rus qoşunları tərəfindən işğal olunmuş Donetsk və Luqanska sürətli dəmir yolu xətti çəkməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, o, bu ideyanı artıq Moskva meri Sergey Sobyanin və Sberbank-ın idarə heyətinin sədri German Qreflə müzakirə edib.
SİA-nın əldə etdiyi məlumata görə, Putin bu işə bankların da cəlb olunacağını deyib.
Onlar burada yaxşı iqtisadi və maliyyə perspektivlə gördüklərini deyən Rusiya rəhbəri, bu işdə uğur qazanacaqlarına da əminlik bildirib.
Qeyd edək ki, Putin Moskvadan Sankt-Peterburqa və Adlerə yüksək sürətli avtomobil yollarının çəkilməsi ideyasını da dəstəkləyib,
Putin həmçinin Belarus hakimiyyəti ilə Moskva-Minsk magistralın tikintisi məsələsini də müzakirə edəcəyinə söz verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB