Polşa parlamenti miqrantların qəbulu ilə bağlı referendumu təsdiqləyib

Polşa parlamenti miqrantların qəbulu ilə bağlı referendumu təsdiqləyib

Polşa Milli Assambleyası Avropa İttifaqı proqramı çərçivəsində qeyri-qanuni mühacirlərin blok ölkələrinə köçürülməsi üçün qəbul edilmiş məsələsinin səsverməyə çıxarılacağını təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa mətbuatı yazır.

Beləliklə, bülletendə yer alacaq suallardan biri belədir: “Avropa bürokratiyasının tətbiq etdiyi məcburi köçürmə mexanizmi altında Yaxın Şərq və Afrikadan minlərlə qeyri-qanuni immiqrantın qəbul edilməsinin tərəfdarısınızmı?”

Bundan əlavə, Belarusla sərhəddə çəkilən hasarla bağlı seçicilərdən rəy soruşulacaq.

Təsdiq olunmuş plana əsasən, referendum parlament seçkiləri günü - oktyabrın 15-də keçiriləcək. Polşa hökuməti qeyri-qanuni olaraq blokun ərazisinə daxil olmuş immiqrantlarla bağlı Avropa İttifaqı ölkələrinin razılaşdırdığı təklifə qəti şəkildə qarşı çıxır.

Brüssel üzv dövlətləri ya yeni mühacirlərin bir qismini qəbul etməyə, ya da fonda töhfə verməyə dəvət edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə