Bu arada Gürcüstanın müstəqil nəşri “Batumelebi” jurnalist araşdırmasının nəticələrini dərc edib.
SİA-nın əldə etdiyi məlumata görə, Gürcüstanın Dövlət Reyestrinə əsaslanan jurnalist, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən və 100-120 min Rusiya vətəndaşının Gürcüstana köçürülməsindən sonra ruslar Gürcüstanda kütləvi şəkildə təkcə mənzillər deyil, həm də ev təsərrüfatlarının tikintisi üçün torpaqlar almağa başladıqlarını bildirib.
Nəşrdə dərc olunan reyestrə görə, Rusiya vətəndaşları 2022-ci il martın 1-dən 2023-cü il aprelin 26-dək Qafqaz ölkəsində 7 709 mənzil, ümumilikdə 424 449 kvadratmetr yaşayış əmlakı alıblar.
Onlar həmçinin 474 649 kvadratmetr torpaq sahəsi alıblar: 265 049 kvadratmetr binasız (457 alıcı, 604 torpaq sahəsi) və 209 600 kvadratmetr binalı (1 028 alıcı, 1 074 torpaq sahəsi).
Qeyd edək ki, Gürcüstanda əcnəbilərə torpaq satışı qanunla qadağandır.
Satış ancaq torpağın statusu Dövlət Reyestrində dəyişdirilə biləcəyi halda baş tuta bilər.
Budur, Dövlət Reyestrinə əsasən, 2022-ci il fevralın 24-dən 2023-cü il iyulun 10-dək olan müddətdə Acarıstan sakinləri tərəfindən Kobuleti və Acarıstan bələdiyyələrinin qeydiyyat zonası daxilində torpaq sahəsinin təyinatının dəyişdirilməsinin qeydiyyatı üçün 952 ərizə verilib.
Və artıq 503 torpaq sahəsi üzrə Dövlət Reyestrində müsbət qərar qəbul edilib, 449 müraciətə isə hələ də baxılır.
A. Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB