“Azov” silahlıları döyüş bölgəsinə qayıdıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Hərbi Media Mərkəzində keçirilən brifinqdə Ukrayna Milli Qvardiyasının Planlaşdırma İdarəsinin rəisi vəzifəsini icra edən Nikolay Urşaloviç deyib.
Qeyd edək ki, bu barədə avqustun 17-də RİA Novosti də məlumat yayıb.
Mikola Urşaloviç bildirib ki, Türkiyədən qayıdan “Azov” birləşməsindən olan ukraynalı yaraqlılar sağalıb və döyüş tapşırıqlarını yerinə yetirməyə başlayıblar.
““Azov” Xüsusi Təyinatlı Briqadası bərpa edilib və Serebryanskiy meşə təsərrüfatının ərazisində döyüş tapşırıqlarını yerinə yetirməyə başlayıb”.
Qeyd etdiyimiz kimi, bunu Nikolay Urşaloviç bildirib.
Xatırladaq ki, 2022-ci ildə “Azov” komandirləri Mariupolda Azovstal uğrunda gedən döyüşlər zamanı əsir götürülüb.
Daha sonra onlar Türkiyəyə təhvil verilib və Ukrayna prezidenti Vladimir Zelenskinin Ankaraya səfərinə qədər orada qalıblar.
Və sonradan rusların narazılıqlarına baxmayaraq(?) Türkiyə hakimiyyəti ukraynalıları buraxıb.
Yeri gəlmişkən, Rusiyada Azov millətçi quruluşu terror təşkilatı kimi tanınıb və fəaliyyəti qadağan edilib.
A.Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB