Türkiyə ərazisinə daxil olmağa cəhd göstərən terrorçular saxlanılıb

Türkiyə ərazisinə daxil olmağa cəhd göstərən terrorçular saxlanılıb

Şanlıurfanın Suruç rayonunda Suriyadan Türkiyə ərazisinə daxil olmağa cəhd göstərən separatçı terror təşkilatı PKK/YPG-nin iki üzvü saxlanılıb.

SİA türk mənbələrinə istinadən xəbər verir ki, Bir qrup terrorçunun Suriyadan Türkiyə ərazisinə daxil olmağa çalışdığına dair kəşfiyyat məlumatından sonra təhlükəsizlik qüvvələri sərhəd xəttində tədbirləri gücləndirib.

Təhlükəsizlik qüvvələri terror təşkilatı PKK/PYD üzvü olduğu müəyyən edilən terrorçunu sərhəd xəttində saxlayıb.

Terrorçular haqqında cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə