Taliban Əfqanıstanda siyasi partiyaları qadağan edir

Taliban Əfqanıstanda siyasi partiyaları qadağan edir

Əfqanıstanda hakimiyyətdə olan radikal “Taliban” bu cür fəaliyyətlərin İslam qanunlarına zidd olduğunu bildirərək ölkədəki bütün siyasi partiyaları qadağan edib. Bu barədə

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbəri “Amerikanın səsi” yayıb.

Xatırladaq ki, qərar Əfqanıstanın de-fakto liderlərinin Kabildə hakimiyyətə qayıtmasının ikinci ildönümünü qeyd etməsindən bir gün sonra elan edilib.

“Taliban” hökumətinin ədliyyə naziri Əbdül Hakim İshakzai Kabildə keçirdiyi mətbuat konfransında deyib ki, ...Əfqanıstanda siyasi partiyaların fəaliyyəti şəriətə zidd olduğu və xalqın mənafeyini qorumadığı üçün qəti şəkildə qadağandır.

Bundan başqa, guya Əfqanıstan xalqının özü də bu partiyaların fəaliyyətinə ehtiyac duymur.

Yeri gəlmişkən, iki il əvvəl, yəni “Taliban”ın Əfqanıstanda hakimiyyətə qayıdışından əvvəl ölkədə 70-dən çox irili-xırdalı siyasi partiya rəsmi qeydiyyatdan keçmişdi. 2021-ci ilin avqustundan sonra əksər siyasi partiya liderləri repressiyalardan qorxaraq Əfqanıstandan qaçıblar.

A. Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə