Bu ölkələr Ukraynanın təhlükəsizliyinə dair G7 bəyannaməsinə qoşulub
Bu arada Litva, Latviya və Estoniya G7 ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanəti və yardım haqqında bəyannaməsinə qoşulub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Litva hökumətinin mətbuat xidməti xəbər verir.
“Biz, Estoniya, Latviya və Litvanın baş nazirləri, Ukrayna xalqına və hökumətinə sarsılmaz dəstəyimizi və həmrəyliyimizi bildiririk”.
Bəyanatda belə deyilir.
Baltikyanı ölkələrin nümayəndələri qeyd ediblər ki, onlar Rusiyanın hərbi əməliyyatının ilk günündən Ukraynanın tərəfində olublar və qələbəyə qədər ölkəni dəstəkləməyə davam edəcəklər.
Baş nazirlər, yalnız NATO-ya üzvlüyün Ukraynaya təhlükəsizlik zəmanəti verəcəyini vurğuladılar.
Onlar Kiyevi Şimali Atlantika Alyansına və Avropa İttifaqına tezliklə daxil olmaq yolunda dəstəkləyəcəklərini bildiriblər.
Xatırladaq ki, NATO-nun Vilnüsdə keçirilən sammitində G7 üzvləri – ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa və Yaponiya Ukraynanın təhlükəsizliyinə dair birgə bəyannamə qəbul ediblər.
Bu bəyənnamənin məqsədi hərbi-sənaye kompleksinin, kəşfiyyatın və kibermüdafiənin inkişafı ilə bağlı Kiyevə kömək etməkdir.
A. Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB