Şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb

Şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb

Malayziyada şəxsi təyyarənin magistral yolda qəzaya uğraması nəticəsində 10 nəfər ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, Malayziyanın Selangor əyalətindəki tətil adasından havaya qalxan şəxsi təyyarənin eniş nöqtəsinə 2 dəqiqə qalmış qüllə ilə əlaqəsi kəsilib.

6 sərnişini və 2 ekipajı olan təyyarə Şah Aləm şəhərində magistral yolda qəzaya uğrayıb.

Qəzada 2-si avtomobilini magistral yolda idarə edən sürücü olmaqla 10 nəfər həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə