Kiyev G20 sammitinə dəvət almaq istəyir

Kiyev G20 sammitinə dəvət almaq istəyir

Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski Kiyevin Hindistanda keçiriləcək G20 sammitinə dəvət almaq üzərində işlədiyini bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin rəis müavini qeyd edib ki, Ukrayna hakimiyyəti tərəfdaşlarla birlikdə iqtisadi problemlərin müzakirəsinə həsr olunacaq G20 sammitinə dəvət olunmuş iştirakçılar sırasında olmağa çalışır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Toçitski Kiyevin Hindistana dəvətli olan tərəfdaşları arasında görünmək üçün çalışdıqlarını da gizlətməyib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Hindistanın xarici işlər naziri Subramanyam Djayşankar Ukrayna prezidenti Vladimir Zelenskinin sentyabrda Yeni Dehlidə keçiriləcək G20 sammitinə niyə dəvət edilmədiyini bu sammitin "BMT-nin Təhlükəsizlik Şurası” olmaması ilə əlaqələndirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə