Sərhəddə 17 Niger əsgəri həlak olub

Sərhəddə 17 Niger əsgəri həlak olub

Nigerin Mali ilə sərhədinə olan hücumda azı 17 nigerli əsgər həlak olub. SİA xəbər verir ki, bu barədə Niger Müdafiə Nazirliyi xəbər yayıb. “Bir ordu bölməsi Kutuqu şəhəri yaxınlığında pusquya düşüb, daha 20 əsgər yaralanıb, onlardan altısı ağırdır”, - nazirliyin açıqlamasında deyilir. Eyni zamanda, hərbçilər bildirirlər ki, geri çəkilməyə başlayanda yüzdən çox hücumçunu zərərsizləşdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə