Mask "SpaceX"in hədəflərini açıqladı

Mask "SpaceX"in hədəflərini açıqladı

Amerikalı sahibkar və milyarder İlon Mask rəhbərlik etdiyi özəl kosmik şirkətin - "SpaceX"in hansı məqsədlərə çatmağa çalışdığını açıqlayıb. SİA xəbər verir ki, o, bu barədə o, "X" sosial şəbəkəsində (keçmiş "Twitter") yazıb.

Mask "SpaceX"in bütün yüklərin 80 faizini orbitə çıxarmağı planlaşdırdığını bildirib. "Mən uğursuzluğa nifrət edirəm, lakin "SpaceX" bütün yüklərin 80 faizini orbitə çatdırmaq yolundadır", - o deyib.

İş adamının sözlərinə görə, Çin yükün təxminən on faizini orbitə çıxarır, qalan pay isə digər ölkələr arasında bölüşdürülür.

Bütün xəbərlər Facebook səhifəmizdə