Sahibkarlar hökumətin səhvlərinin əvəzini ödəməyə məcbur edilir?

Sahibkarlar hökumətin səhvlərinin əvəzini ödəməyə məcbur edilir?

Rusiya hakimiyyəti ixracatçılar tərəfindən valyuta gəlirlərinin məcburi satışının qaytarılmasını müzakirə edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” adı açıqlanmayan beş mənbəyə istinadən xəbər verir.

Dəhşətdir? Hakimiyyət Ukrayna ilə il yarım davam edən müharibə fonunda dolların 100 rubl səviyyəsinə çatan rublun ucuzlaşmasını dayandırmağa çalışır. Agentliyin həmsöhbətləri bildirirlər ki, dərhal uçot dərəcəsini 8,5 faizdən 12 faizə qaldıran Mərkəzi Bankın səyləri uçot dərəcəsinin dinamikasına yalnız qısamüddətli təsir göstərib.

Xatırladaq ki, valyuta gəlirlərinin məcburi satışı Rusiyanın Ukraynaya hücumundan az sonra Qərbin Rusiyaya qarşı irimiqyaslı sanksiyaları zamanı maliyyə vəziyyətini sabitləşdirmək üçün tətbiq edilib. Amma sonradan bu ləğv edildi.

“Financial Times” mənbələri bildirirlər ki, hökumət dairələrində Rusiya ixracatçılarına çatdırıldıqdan sonra 90 gün ərzində xarici valyutada olan gəlirlərinin 80 faizini satmağa məcbur etmək təklifi müzakirə olunur. Bu tələbə məhəl qoymayan şirkətlər dövlət subsidiyalarından məhrum olacaqlar.

Digər tədbirlərə, o cümlədən dividendlərin ödənilməsinə və xaricə kreditlərin verilməsinə qadağa daxildir.

Təbii ki, sahibkarlar hökumətin səhvlərinin əvəzini ödəmək məcburiyyətində qalacaqlar: “İnəyi ölənə kimi sağa bilərsən, amma inək öləndə kimi sağacaqsan? Əhalini?”

Deyim ki, bu agentliyin qənaətidir.

Yeri gəlmişkən, əksər ekspertlər hesab edir ki, rublun məzənnəsi ixrac gəlirlərinin azalması səbəbindən daxili bazara kifayət qədər xarici valyutanın tədarük edilməməsi səbəbindən zəifləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə