“Barbie” ən çox gəlir gətirən film oldu

“Barbie” ən çox gəlir gətirən film oldu

Marqo Robbi və Rayan Qoslinqin baş rollarda çəkildiyi Qreta Qerviqin “Barbie” filmi ABŞ-də 537,5 milyon dollar gəlir əldə edib. SİA xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.

Beləliklə, “Barbie” ABŞ-də “Warner Bros.” studiyasının ən çox gəlir gətirən filmi olub.

Film Kristofer Nolan filmi 2008-ci ildə 536 milyon dollar gəlir əldə etməklə “Qaranlıq cəngavər” dramını keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə