Soros Fondu gələn ildən yeni təxribatlara başlayır

Soros Fondu gələn ildən yeni təxribatlara başlayır

“Açıq Cəmiyyət” adına istinad edərək inkişaf etməkdə olan ölkələrdə "demokratiya" dəyənəyini işə salan Soros Fondu yeni ildən yeni təxribatlara start verəcək. Bu barədə Fondun vəqflərinə göndərilmiş proqramlarda da yazılıb. Soros Fondu 2024-cü ildən etibarən Avropa İttifaqı ölkələrində öz proqramları üçün maliyyəni minimuma endirəcək. Əvəzində isə Avropa Birliyinə daxil olmayan, daha az çiçəklənən Avropa ölkələrinə, eləcə də dünyanın digər hissələrində fəaliyyətini genişləndirəcək. Bütün bunlar onu deməyə əsas verir ki, yeni ildən bir sıra ölkələrdə şaxnaşmalar, təlatümlər, qarışıqlıqlar, münaqişələr, hətta vətəndaş müharibələri də qaçılmaz ola bilər.

Soros Fondunun daxili yazışmalarından, hesabatlarından da görünür ki, “Açıq Cəmiyyət” Avropa İttifaqı ölkələrində işini bitirib və artıq bu sahədə kimsənin köməyə ehtiyac yoxdur. Növbədə başqa ölkələrdir. Daha münbit ölkələr isə Ukrayna, Moldova və bəzi Balkan dövlətləridir və siyahıya Qazaxıstanla Qırğızıstan da əlavə edilib. Yəni, adıçıkilən ölkələrdə vətəndaş qarşıdurması qaçılmazdır. Sual olunur, Soros Fondu niyə birdən-birə aktivləşib? Bəli, düz tapdınız, çünki ata Soros artıq yaşlanıb, heç özünü də idarə edə bilmir. 93 yaşlı Corc Soros ötən il iyunun əvvəlində investisiya biznesini 37 yaşlı oğlu Aleksandra təhvil verdiyini açıqlayıb. Bunun ardınca fondun idarə heyəti əməliyyat modelində əhəmiyyətli dəyişikliklər edib. Görünür oğul Soros atasından yarımçıq qalmış işləri şər maşınının həzm-rabeəsindən keçirməyi planlaşdırır.

Bir məsələni də xüsusi olaraq qeyd edək ki, Soros Fondu "Açıq Cəmiyyət" olsa da, öz fəaliyyətini başqa təşkilatların əli ilə həyata yetirməyi mükəmməl bacarır. Buna hibrid üsul da deyirlər. Daha doğrusu, başqalarının əli və adı ilə iş görmək. Məsələn, 1980-ci illərin sonundan başlayaraq fəal siyasətə qoşulan Corc Sorosun əsas vuran əli məhz USAİD təşkilatıdır. Bu səbəbdən bir çox ölkələrdə həmin qurumu artıq “SOROSAİD” adlandırırlar. Həmin təşkilat isə Sorosun ayırdığı çirkli pullardan maksimum faydalanır. Soros isə bir senti belə hədər yerə xərcləmir. “SOROSAİD”dən vəsait alan istənilən şəxs dərhal Soros şəbəkəsinin bir həlqəsinə çevrilir və artıq ciddi öhdəliklərlə hər tərəfdən zəncirlənir. Bu həlqəyə daxil olduqdan sonra, geriyə yol qalmır. Belə ki, təbiətcə xain və fırıldaqçı olan Soros, digərlərinin eyni hərəkət etmək cəhdlərini qəbul edə bilmir və həmin şəxsləri özünün tam nəzarətində olan jurnalistlər vasitəsi ilə “ifşa” etməklə məhv edir. Lap mafiya klanlarında olduğu kimi. Sadəcə, mafiya klanları onları tərk edənlərin qətlə yetirirdi. Sorosun qisasları isə, əslində, qətldən də betər bir haldır...

A.Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə