Gelencikdə “Putinin sarayı”nın tikintisinə nəzarət edən Federal Təhlükəsizlik Xidmətinin generalı Gennadi Lopırev 69 yaşında Ryazan vilayətindəki 3 saylı cəzaçəkmə koloniyasında vəfat edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə region üzrə İctimai Monitorinq Komissiyasının sədri Viktor Boborıkin məlumat verib. O, Lopırevin ölümünün səbəbini açıqlamasa da, “cinayətin olmadığını” iddia edib.
Qeyd edək ki, Federal Penitensiar Xidməti Lopırevin ölümünü müəyyən xəstəliklə bağlı olduğunu iddia edib. Lakin “The Moscow Times”ın yazdığına görə, general səhhətindən şikayət etməyib və şərti azadlığa hazırlaşırmış.
Xatırladaq ki, 2017-ci ildə Gennadi Lopırev altı milyon rubldan çox rüşvət almaqda və qanunsuz silah saxlamaqda ittiham edilərək on il müddətinə azadlıqdan məhrum edilmişdi. Bildirilib ki, axtarış zamanı onun üzərindən daha bir milyard rubl aşkarlanıb.
Lopırev ölkənin cənubunda dövlət obyektlərinin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh idi və Gelencikdə, Qara dəniz sahilində iqamətgahın tikintisi üçün ayrılan vəsaitin xərclənməsinə nəzarət edirdi.
Yeri gəlmişkən, Aleksey Navalnının komandasının araşdırmasına görə, iqamətgah Rusiya prezidentinin istirahəti üçün nəzərdə tutulubmuş.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB